Bu gecə İstanbulun Sarıyer rayonunun İstinye yaşayış massivindəki Murat küçəsində rizəli və diyarbəkirli iki qrup arasında silahlı qarşıdurma olub və baş verən olayda 4 nəfər ölüb, 5 nəfər yaralanıb
Türkiyə servisi/Aran Agentliyi
Bu gecə İstanbulun Sarıyer rayonunun İstinye yaşayış massivindəki Murat küçəsində rizəli və diyarbəkirli iki qrup arasında silahlı qarşıdurma olub və baş verən olayda 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Lent.az.-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, mübahisə qumarla bağlı yaranıb. “Borsa” kafesinin sahibi Məhərrəm Kılıç Rəşitpaşa Sosial Yardımlaşma və Dayanışma Dərnəyini işlədən rizəli Erol Kartalın iş yerinə gələrək 500 lirə alacağını istəyib. Məhərrəm Kılıç diyarbəkirli olduqlarını və alacaqlarını almağın yolunu bildiklərini söyləyərək geri dönüb.
Sonradan Məhərrəm Kılıca telefon açan Erol Kartal mübahisəni çözmək üçün onu küçəyə çıxmağa çağırıb. Bundan sonra bıçaq, dəyənək və silahla küçəyə çıxan diyarbəkirli qrupla rizəli qrup arasında qarşıdurma yaranıb. Olayda diyarbəkirli qrupdan M.Kılıç, Ali Tarhan, Muaz Kılıç, rizəli qrupdan isə bir nəfər ölüb. Qarşıdurma zamanı Erol Kartal, Ahmet Kartal, Mehmet Bilgin, Hüseyin Tarhan və bu vaxt küçədə oynayan 9 yaşındakı Ömer Dilavər yaralanıb. Yaralılar İstinye Dövlət Xəstəxanası və Okmeydanı Xəstəxanasında yerləşdirilib.
Daha öncə də aralarında düşmənçilik olan qruplar arasında qumar üzündən pul mübahisəsi yarandığı güman olunur. Hadisə ilə bağlı 3 nəfəri vuran Erol Kartal silahıyla birgə saxlanılıb.