Tarix : 2009 Jul 16
Kod 12945

Azərbaycan Prezidenti Mahmud Əhmədinejada başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Iran Islam Respublikasinin prezidenti cənab Mahmud Əhmədinejada başsağlığı verib
Azərbaycan servisi/Aran Agentliyi
   «Yeni Şərq»inAzərTAca istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Iran Islam Respublikasinin prezidenti cənab Mahmud Əhmədinejada başsağlığı verib: "Hörmətli cənab Prezident,
    “Caspian Airlines” şirkətinə məxsus Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.
    Baş vermiş bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
    Allah rəhmət eləsin!".
 
  • Yazılıb
  • da (də) 2009 Jul 16