Tarix : 2009 Jul 18
Kod 12962

Türkiyədə üç terrorçu məhv edilib

Türkiyənin Hatay bölgəsinin Hassa mahalında baş vermiş silahlı qarşıdurmada 3 PKK terrorçusu öldürülüb
Türkiyə Servisi/Aran Agentliyi

«Yeni Şərq»in ANS-ə istinadən verdiyi məlumata əsasən, Türkiyənin Hatay bölgəsinin Hassa mahalında baş vermiş silahlı qarşıdurmada 3 PKK terrorçusu öldürülüb. Bölgədə axtarış tədbirləri həyata keçirən təhlükəsizlik qüvvələri bir qrup terrorçu ilə qarşılaşıblar. Hüquq-mühafizə orqanı əməkdaşlarının təslim olmaqla bağlı çağırışına terrorçular atəşlə cavab veriblər. Nəticədə atışma baş verib və 3 terrorçu məhv edilib. Bölgədə əməliyyatlar davam etdirilir.

  • Yazılıb
  • da (də) 2009 Jul 18