Tarix : 2009 Jul 19
Kod 12968

Prezidentlər görüşdülər

Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyanın görüşü keçirilib
Azərbaycan servisi/Aran Agentliyi

Prezidentlər səhər saatlarında Rusiya prezidentinin mükafatı uğrunda Moskvanın Mərkəzi Hippodromunda keçirilən at yarışını izləyiblər, sonra isə görüş restoranlardan birində üçtərəfli formatda davam etdirilib.Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, davamlı və konstruktiv söhbətdə liderlər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib, baza prinsiplərinə dair fikir mübadiləsi aparıblar.Dmitri Medvedyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki tərəfi qane edəcək qərarın qəbul edilməsi üçün səyləri davam etdirməyə hazır olduğunu bəyan edib.

  • Yazılıb
  • da (də) 2009 Jul 19