Akif Nağı: ``Madrid prinsipləri ilə bağlı hər hansı bir sənədə imza atılmasında iştirak edənlər ölkəmizin milli maraqlarına xəyanət etmiş olacaqlar``
Azərbaycan servisi/Aran Agentliyi
Qarabağ probleminin həlli uzandıqca münaqişənin tənzimlənməsi ilə bağlı yeni-yeni variantlar ortaya atılır. Ermənistanı cilovlamağı bacarmayan, daha doğru-su, bunu etmək istəməyən ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət səviyyəsin-də danışıqlarla paralel olaraq xalq diplomatiyasını da yenidən gündəmə gəti-riblər. Hətta bu dəfə birbaşa həmsədr ölkələrin dövlət başçıları bir araya gə-lərək, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqları intensiv-ləşdirməyə başlayıblar. Amma münaqişənin yenə də Madrid prinsipləri əsasında həllinə cəhdlərin göstərilməsi və yalnız müəyyən forma dəyişikliklərinin edil-məsi cəmiyyətdə birmənalı qarşılanmır.
Məsələyə şərh verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fik-rincə, Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab vermir. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının açıqlamasından sonra Madrid prinsipi ilə bağlı qapalı heç nəyin qalmadığını vurğulayan Akif bəy he-sab edir ki, xalq diplomatiyasının yenidən işə salınması da Azərbaycanın ma-raqlarına uyğun olmayan bu variantın həyata keçirilməsində yardımçı rol oyna-yır: ``Ona görə də hesab edirəm ki, həmin variantla bağlı hər hansı bir sənədə imza atılmasında iştirak edən hər bir kəs ölkəmizin milli maraqlarına xəyanət etmiş olur. Bu sənədin mahiyyəti Azərbaycan tərəfindən rədd edilməlidir. Həmin sənədin ruhu ondan ibarətdir ki, sanki Azərbaycan torpaqları işğal altında ol-mayıb, Ermənistan işğalçı deyil. Yəni heç nə olmamış kimi Ermənistana təklif olunur ki, Dağlıq Qarabağın ətrafındakı rayonları Azərbaycana qaytarsın. İş-ğalçıya bu cür münasibət dünya tarixində görünməyib. Yəni məsələyə münasibət-dən belə çıxır ki, Ermənistan tərəfi ətraf rayonları müvəqqəti olaraq icarəyə götürmüşdü, indi isə onun geriyə qaytarılmasını xahiş edirlər. Sənədin mahiy-yəti bundan ibarətdir ki, işğalçının hərəkətlərinə birbaşa bəraət qazandırı-lır``.
QAT sədrinin qənaətinə görə, Dağlıq Qarabağdakı qondarma rejimə keçid statusu-nun verilməsi təklifi həmin rejimin legitimləşdirilməsinə xidmət edir. Çünki indiyə qədər bu rejimi heç kəs tanımırdı. Heç Ermənistanın özü də buna cəsarət etmirdi: ``Əgər beynəlxalq təşkilatların, böyük dövlətlərin iştirakı ilə bey-nəlxalq əhəmiyyətli bir sənəd imzalanır və həmin sənədlə qondarma rejimə hər hansı status verilirsə, artıq bu qurum legitimləşir, onu tanıyırlar. Hətta bu-nunla Azərbaycan tərəfi də qondarma rejimi tanımış oldu. Bəlkə heç bundan son-ra Dağlıq Qarabağda referendum keçirməyə ehtiyac da olmayacaq``.
Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyi haqda verilən vəd və bəyanat-lara gəlincə, A.Nağı bunu formal xarakter daşıdığını söylədi: ``Əslində Azər-baycanın heç bir qanunu qondarma rejimdə işləməyəcək. Müqayisə üçün xatırladım ki, sovet dövründə Dağlıq Qarabağ ölkəmizin tərkibində muxtar vilayət olsa da, orda Azərbaycanın qanunları, dili işləmirdi. Təsəvvür edin, keçid statusunu alandan sonrakı orda qanunlarımız işləyəcəkmi? Əlbəttə, yox``.
Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin yaradılmasının vacibliyinin önə çəkilməsindən narahatlıq keçirən A.Nağı ümumiyyətlə bunun çox ədalətsiz mövqe olduğunu dedi: ``Maraqlıdır, nəyə görə 50-60 min erməniyə xüsusi hüquq verilmə-lidir? Dünyanın o qədər dövləti var ki, orda başqa millətlər kompakt halda ya-şayırlar. Belə çıxır ki, hamısına dəhliz verilməlidir? Məsələn, Krasnodarda ermənilər, Gürcüstanda isə 600 min azərbaycanlı kompakt şəkildə yaşıyır. Onda Rusiya və Gürcüstan tərəfindən xahiş edirəm ki, onlara dəhliz versinlər. Buna yol vermək olmaz. Digər təhlükəli məsələ isə Dağlıq Qarabağda referendumun ke-çirilməsinə faktiki olaraq razılığın verilməsidir. Burda sadəcə olaraq adı də-yişiblər. Görünür, başa düşüblər ki, ``referendum`` ifadəsi Azərbaycan cəmiyyə-tini qıcıqlandırır. Ona görə də adını ``Dağlıq Qarabağ əhalisinin leqal şəkildə öz müqəddaratını təyin etmə hüququ`` qoyublar. Bu isə elə referendum deməkdir. Deməli, xalqı bilərəkdən aldadırlar. Yəni bütün bunlar Azərbaycanın dövlət ma-raqlarına zərbə vurur. Ona görə də Azərbaycan tərəfi bu danışıqlarda iştirak etməməlidir``.