İmperializmin mediaları iğtişaşlara tərəfdar çıxmaq üçün onları xalq adlandırırlar
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətülla-Ül-Üzma Xamenei beynəlxalq imperializmin İİR ilə mübarizə aparmağa dair şüarlarını İran xalqı, dövləti və quruluşunun əzəməti nişanəsi biliblər. Həzrət Ayətülla-Ül-Üzma Xamenei Əziz İslam Peyğəmbəri Həzrət Rəsul Əkrəm (s)-ın Məbəs bayramı münasibəti ilə ölkə xalqı və rəsmilərindən ibarət bir qrupu qəbulu zamanı etdiyi çıxışında İslam cəmiyyətinin əsas ehtiyacının Besətin mesajına əməl etmək ,habelə ağıl ilə fikrin meyar olmasına işarə edərək vurğulayıblar : Hegemon dövlətlərin İİR ilə mübarizə aparmağa dair qərar verdikləri şüarları həmçinin islam quruluşu özlərinin Yaxın Şərqlə bağlı hədəflərinə nail olmaq üçün maneə bilmələri İran xalqı, dövləti və quruluşunun əzəmətini göstərir. O həzrət habelə xalq düşmənlərinin İranın daxili məsələlərinə müdaxilə etməmək ilə bağlı iddiasına toxunaraq vurğulayıblar : Düşmənlər, xüsusilə də onlardan asılı mediaların rolunun məlum və aşkar olduğu bir şəraitdə bu cür iddia onların həyasızlığını göstərir. Böyük İnqilab Rəhbəri deyiblər : İmperializmin mediaları iğtişaşlara tərəfdar çıxmaq üçün onları xalq adlandırırlar. Halbuki , xalq o neçə milyonluq cəmiyyətdir ki, iğtişaşçıları görən kimi özlərini onlardan ayırır və onlara nifrət gözü ilə baxır. İslam İnqilabının Böyük Rəhbəri, habelə İranda ictimai həyat sahəsində xalq arasında müxtəlif zövqlərin olmasına işarə edərək, deyib: Xalq quruluşla düşmənçiliyin ortada olmasını və məlum bir əlin quruluşun idarəçiliyinə zərbə vurmaq istədiyini dərk etdiyi vaxt, xalqın ona inandığı şüarı belə versələr də ondan uzaqlaşır.