Baş tutmuş görüşdə həmçinin son zamanlarda Azərbaycanda dini sahədə cərəyan edən proseslər, xüsusilə dini etiqad və vicdan azadlıqları müstəvisində vəziyyət müzakirə olunmuşdur
Azərbaycan servisi/Aran Agentliyi
İyul ayının 20-si Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycan Respublikasının nümayəndəliyinin siyasi məsələlər üzrə məsul şəxsi Manfredas Limantas ilə DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlunun görüşü keçirilmişdir. Görüş zamanı Manfredas Limantas İlqar İbrahimoğlu ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının vəziyyəti haqqında müzakirələr aparmışlar. Baş tutmuş görüşdə həmçinin son zamanlarda Azərbaycanda dini sahədə cərəyan edən proseslər, xüsusilə dini etiqad və vicdan azadlıqları müstəvisində vəziyyət müzakirə olunmuşdur.