Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahları (SHS) üzrə danışıqların yeni mərhələsi 2009-cu il avqustun sonu-sentyabrın əvvəlində Cenevrədə keçiriləcək
Rusıya Servisi/Aran Agentliyi
Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahları (SHS) üzrə danışıqların yeni mərhələsi 2009-cu il avqustun sonu-sentyabrın əvvəlində Cenevrədə keçiriləcək. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayndəsi Andrey Nesterenko məlumat verib.
“22-24 iyul tarixlərində Cenevrədə aparılacaq məsləhətləşmələr zamanı gələcək müqavilənin parametrləri üzrə mövqelərin dəqiqləşdiriləcəyi gözlənilir”, - deyə diplomat bildirib.
“Danışıqların yeri və müddəti iyul görüşündə müzakirə olunacaq. Güman edirik ki, biz avqustun sonu - sentyabrın əvvəlində Cenevrədə görüşəcəyik”, - deyə Nestrenko vurğulayıb.