Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov avtomobil qəzasına uğrayıb. Hadisə srağagün axşam baş verib
Azərbaycan servisi/Aran Agentliyi
Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov avtomobil qəzasına uğrayıb. Hadisə srağagün axşam baş verib. Vasif Talıbov ciddi xəsarət almayıb. Bu barədə "Azadlıq" qəzetinin bu günki sayında Naxçıvandakı mənbələrə istinadən məlumat verilib. Məlumata görə, Naxçıvandan doğulduğu Şərur rayonunun Aralıq kəndinə gedən Talıbovun maşının qarşısından qoyun keçib və Kəngərli rayonunun Xok kəndi yaxınlığında baş verən bu məqam zamanı sürücü maşını idarə edə bilməyib, daş hasara vurub.
Hadisə Vasif Talıbov 70-AA-001 dövlət nömrə nişanlı xidməti maşınında olarkən baş verib. Sükan arxasında isə onun yeni sürücüsü - bir neçə ay əvvəl işə götürdüyü Nüsrət Babayev olub. Hadisədən dərhal sonra sürücü mühafizəçilərin də iştirakı ilə Vasif Talıbov tərəfindən bərk əzişdirilib. Döyə-döyə ona bildiriblər ki, baş verən hadisəni qəsdən törədib və bu ona qarşı sui-qəsddir”,- deyə mənbə bildirib. Mənbənin məlumatına görə, hadisədən dərhal sonra Talıbovun göstərişi ilə Naxçıvan-Şərur yolunun üstündə yola yaxın evlərin uçurulmasına başlanılıb.