Tarix : 2009 Jul 24
Kod 13051

Rusiyadan Fələstinə tam dəstək

Rusiya prezidenti Dimitriy Medvedevin xüsusi nümayəndəsi Aleksandır Saltanov, Fələstinlilərin öz dövlətlərinə sahib olma niyyətini dəstəkləyəcəklərini bildirib
Rusiya servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin İtar-Tass agentliyinə istinadlı xəbərinə görə, Rusiya prezidenti Dimitriy Medvedevin xüsusi nümayəndəsi Aleksandır Saltanov, Fələstinlilərin öz dövlətlərinə sahib olma niyyətini dəstəkləyəcəklərini bildirib.

Saltanovun Fələstin probleminin həll olunması məqsədi ilə sülh müddətinin yenidən başladılması mövzusunu ələ almaq üçün Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə Ramallahda görüşdüyü xəbərdə qeyd edilib.

Saltanov, görüşdən sonra Abbas ilə birlikdə təşkil etdiyi mətbuat konfransında, "Rusiya, Fələstin xalqının öz dövlətlərini qurma niyyətini həmişə dəstəklədi və dəstəkləməyə davam edəcək." deyib.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 24