Siyasi ekspertlər Az R-nin dövlət başçısı İlham Əliyevin "əgər Ermənistan Az R-nin artan imkanları və potensiallarını o cümlədən bu ölkənin hərbi...
Azərbaycan servisi/Aran Agentliyi
Siyasi ekspertlər Az R-nin dövlət başçısı İlham Əliyevin "əgər Ermənistan Az R-nin artan imkanları və potensiallarını o cümlədən bu ölkənin hərbi, iqtisadi və siyasi nailiyyətlərini düzgün analiz edərsə onda Qarabağ problemi çox tez öz həllini tapacaq" barədə söylədiyi son fikirlərindən sonra, İlham Əliyevin bu sözlərini qeyri-məntiqi hesab ediblər. Ekspertlərin fikrincə, İlham Əliyevin çərşənbə günü iyulun 22-də Azərbaycan R-nin nazirlər kabinetinin iclasında dediyi bu sözlər ölkə daxilində xalqı razı salmaq xarakteri daşıyır. Çünki Az. R-nin dövlət başçısı yaxşı bilir ki, onun bu fikirləri Erməni həmkarı Serj Sarkisyan ilə müzakirələrinin nəticələrinə çox cüzi təsirə malikdir. Çünki Bakı rəsmilərinin hesab etdikləri uğur və nailiyyətlər ekspertlərin nəzərində bir o qədər də əhəmiyyətli nailiyyət sayılmır, hətta bunu rəsmi Bakının zəif cəhəti hesab edirlər. Bu ölkə rəsmiləri iqtisadı baxımdan neft gəlirinin sürətlə artmasını nəzərdə tuturlar ki, bu da rəsmi Bakının səyləri nəticəsində deyil , son bir neçə ildə dünyada xam neftin satışının artması və dünya birjalarında qara qızılın qiymətinin artmasının nəticəsidir. Başqa özlə desək, əgər hər hansı bir hadisə nəticəsində neftin qiyməti birdən-birə aşağı düşərsə, ya nefti satışı dayandırılırsa, onda Azərbaycan R-nin iqtisadiyyatı iflic olacaq. Əlbəttə Ermənistan və Qarabağın erməni separatçıları da bu məsələdən agahdırlar. Bu üzdən Ermənilər Bakı rəsmilərinin iqtisadi nailiyyət və uğur adlandırdıqları məsələyə inanmırlar və onu Azərbaycan R-nin zəif cəhətləri hesab edirlər. Xüsusilə ona görə ki, Az. R-nin əsas neft damarı İngiltərənin BP şirkətinin əlindədir. İngiltərə daim Ermənilərin tərəfdarı olmuşdur. İlham Əliyevin Azərbaycan R-nin Ermənistan qarşısında hesab etdiyi digər uğur xüsusiyyətlərindən biri də Az R-nin Ermənistan müqabilində hərbi nailiyyətlərinə inanmasıdır , halbuki son illərdəki reallıqlar bu ölkənin hərbi strukturunun son dərəcə NATO və ABŞ-dan asılı olmasını göstərib. Bu da Ermənistan və Qarabağ separatçılarının fikirlərinin rahatlaşmasına səbəb olub. Çünki NATO və ABŞ Azərbaycan R-nin Qarabağ separatçılarına qarşı hərbi nəzərdən güc tətbiq etməsinə imkan vermirlər. Bu üzdən Azərbaycan R-da nüvə silahlarının anbar edilməsi və hərbi büdcənin artması ümumilikdə ABŞ-ın qanunsuz mənafeyi və hədəflərinin təmin olunması istiqamətində olduğu uçun Ermənistanı nigarançılığa salmır. Ermənistan bu qeyri-məntiqi siyasətin Az. R üçün törətdiyi çətinliklər , problemlər və təhlükələri nəzərə alaraq, daha da nigarançılığı azalıb. Ermənistanın bu məsələdən sarı nigarançılıq keçirməməsini sübuta yetirən faktlardan biri Ermənistanın son bir neçə ildə öz mövqeyinin üzərində möhkəm dayanması və Ermənilərin belə bu mövqedən geri çəkilməməsinə təkid etməlidir. Az. R-nin prezidenti İlham Əliyevin onun barəsində danışdığı mövzulardan daha biri bu ölkənin siyasi və diplomatik uğurları həmçinin nailiyyətləridir. Ekspertlərin qənaətincə , Az. R-nin ABŞ və Rusiyaya arxalanması özünü qərb dövlətlərinin qurum və təşkilatlarının mədəniyyətləri ilə birləşdirməyə cəhd göstərmək, Sionist İsrail rejimi ilə dost olmaq kimi məsələlər rəsmi Bakının səhv siyasətlərindən sayılır. Məsələn Az. R-nin Sionist rejim ilə səmimi olması onun qonşu ölkələr ilə münasibətlərinə o cümlədən onun böyük qonşusu olan İrana böyük zərbələr vurub, hətta rəsmi Bakının iki ölkənin dini, tarixi və mədəni ortaqlıqlarına laqeyd yanaşması da faktiki olaraq özünü göstərib. Bunlardan əlavə, Türkiyənin Ermənistanla əlaqələrini adiləşdirməsi qarşısında tələm-tələsik və qeyri-məntiqi mövqelərin tutulması, Qarabağ məsələsi kimi həssas məsələlər barədə təbliğat işlərinin aparılmasını mahiyyət nəzərindən kimlikləri və xüsusiyyətləri mötəbər olmayan xüsusilə də yəhudi lobbisindən asılı qurum və təşkilatlara tapşırması və buna bənzər digər onlarla səhv əməl və hərəkətlər rəsmi Bakının siyasi və diplomatik uğur və nailiyyətdən danışmasını şübhə altına alaraq onun əhəmiyyətsiz göstərilməsinə səbəb olub. Təəssüflər olsun ki, Ermənilərdən bu məsələ və faktlardan agah və hallıdırlar. Ermənilər yaxşı bilirlər ki, siyasi və diplomatik uğur sadəcə olaraq bir ölkə prezidentinin xarici səfərlərdə səmimi qarşılamaq və onun atası ya özü barədə tərif etməklə əldə olunası bir məsələ deyil. Çünki bu cür bir uğur sadəcə olaraq özünü aldatmaq mənasındadır.