Türkiyə hüquq-mühafizə orqanları eyni zamanda 23 şəhərdə “Hizbut-təhrir” dini ekstremist təşkilat üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib
Türkiyə servisi/Aran Agentliyi
FaktXəbərin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə hüquq-mühafizə orqanları eyni zamanda 23 şəhərdə “Hizbut-təhrir” dini ekstremist təşkilat üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib. Türkiyə mətbuatının məlumatına görə, əməliyyta nəticəsində təşkilatın üzvü olan 200-dən çox adam tutulub. Əməliyyat bu gün səhər saatlarında başlayıb. Paytaxt Ankarada 20 ünvanda keçirilən tədbirlər nəticəsində 20 nəfər saxlanılıb. Həmin şəxslərdən qadağan olunmuş xeyli ədəbiyyat və digər ləvazimatlar götürülüb. Bundan başqa, digər vilayətlərdə də tutulanlar olub. İndiyədək tutulanların sayının 200-dən çox olduğu, həbslərin davam edəcəyi bildirilir.