Tarix : 2009 Jul 24
Kod 13059

Tehranda cümə namazı

Tehranın Cümə namazı xətibi İslami nizama düşmən bir neçə nöqtədən hədəf götürə bilmək istədiyini, ilk hədəfi isə fitnə yaratmaq və Vilayəti Fəqihə zərbə endirmək olduğunu xatırladaraq...
İİR servisi/Aran Agentliyi
"Onuncu dövlət İslami İnqilab Liderinin təsdiqi ilə qanuniləşəcək"
Bu sözləri bu günki Tehranın Cümə namazı imamlığını icra edən Ayətullah Əhməd Xatəmi xütbəsində deyib.

İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə dünənki Tehranın Cümə namazı Ayətullah Əhməd Xatəminin İmamlığı ilə icra edilib.


Ayətullah Xatəmi, xütbəsinin əvvəlində Şabaniyə bayramlarına və gələcək mübarək Ramazan ayına işarə edərək , mühakimə etmədə, seçməkdə, təyin etməkdə və imkanları ədalətli bir şəkildə paylaşmaqda insan hər vaxt Allahu Təalanı göz qarşısında saxlamasını lazım olduğunu bildirib.


Ayətullah Xatəmi, çıxışının davamında Cümə namazının tarixinə toxunaraq Ayətullah Talaganinin İmamlığı ilə qılınan ilk Cümə namazından otuz il keçdiyini xatırladaraq, Cümə namazı kürsüsü ilk başdan etibarən düşmən sui-qəsdlərini ortaya çıxarmaq və İslam nizamına xidmət etmək yeri olduğunu ifadə edib.


Tehranın Cümə namazı xətibi İslami nizama düşmən bir neçə nöqtədən hədəf götürə bilmək istədiyini, ilk hədəfi isə fitnə yaratmaq və Vilayəti Fəqihə zərbə endirmək olduğunu xatırladaraq, Vilayəti Fəqih xalqın canı və ürəyilə bir olduğunu, İran xalqının İslami Respublikaya və Konstitusiyaya səs verməzdən əvvəl Vilayəti Fəqihi tanıdığını, qanlarının son damlasına qədər onu qoruduğunu və beləcə İmam Xomeyniyə qarşı duyduqları eşqi bu şəkildə ona təqdim etdiyini bildirib.


Düşmənin ikinci hədəfinin imperialistlərlə mübarizə etmək mədəniyyətinə zərbə vurmaq olduğunu söyləyən Ayətullah Xatəmi, bu mədəniyyətin, İran xalqının mədəniyyətində "La ilahə illəllah" mədəniyyəti ilə bir olduğunu önə çəkib.


Tehranın İmam Cüməsi düşmən tərəfindən hədəf alınan digər mövzunun isə haqqın vəhdəti və milli təhlükəsizliyi olduğunu bildirib.


Xütbələrin digər hissəsində sabiq mədəni irs, əl işləri sənayesi və turizm təşkilatının sədri İsfəndiyar Rəhim Məşainin Əhmədinejad tərəfindən İran prezidentinin birinci müavinliyinə təyin edilməsinə toxunan Ayətullah Xatəmi, bu təyinata istiqamətli tənqidləri qəbul etməyən Əhmədineadın bu davranışından kədərləndiyini bildirərək, "Onuncu dövlət İslami İnqilab Liderinin təsdiqi ilə qanuniləşəcək"deyib.


"Kaş ki dostların tənqidlərini qəbul edib İslami İnqilab Liderinin bu mövzuya qarışmaq kimi vəziyyəti meydana gəlməsəydi. Məşainin prezidentin birinci müavini vəzifəsinə təyin edilməsinə Ayətullah Xamenei təsdiq vermədiyinə görə, ən qısa zamanda fikirinizi elan etməniz və bu qərara uyğun addım atmağınız şərtdir. Çünki İslami nizamdakı bütün hökumət Vilayəti Fəqihlə reallaşmaqdadır"-deyən Ayətullah Xatəmi Əhmədinejadın düzgün addım atacağını ümid etdiyini bildirərək: "Mən prezidentin çox yaxşı niyyətli olduğunu bilirəm və ümid edirəm ki, o İslam İnqilabı Liderinin buyruqlarını ən qısa zamanda yerinə yetirər"- deyib.


Ayətullah Xatəmi sözünün sonunda düşmənin son hədəfinin xalqın etibarına xələl gətirmək olduğunu bildirib.
  • Yazılıb
  • da (də) 2009 Jul 24