Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh beynəlxalq qərarlar və İsrail rejiminin fələstinlilərdən işğal etdiyi torpaqları...
Türkiyə servisi/Aran Agentliyi
Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh beynəlxalq qərarlar və İsrail rejiminin fələstinlilərdən işğal etdiyi torpaqları, həmçinin Suriyadan işğal etdiyi Holan təpələrini tərk etməsi ilə bərpa edilə bilər. Bu barədə Suriya prezidenti Bəşər Əsəd və Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğanın görüşünün nəticəsi olaraq qəbul edilmiş sənəddə bildirilir, - İslamNyus.ru xəbər verir.
Sənəddə bildirilir ki, İsrail rejimi tərəfindən real siyasi iradə olmadan sülhə nail olmaq mümkünsüzdür. Xatırladaq ki, iki ölkə rəhbərinin görüşü iyul ayının 22-də Suriyanın Aleppo şəhərində baş tutub.