Hazırda Fövqəladə Nallar Nazirliyinin əməkdaşları xilasetmə işləri aparır. Hələlik torpaq altından çıxarılan olmayıb
Azərbaycan servisi/Aran Agentliyi
Bakının Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saat 16.00 radələrində “Azərsutikinti” xəstəxanasının yaxınlığında kanalizasiya xətti çəkən işçilər dərin quyunun uçması nəticəsində torpaq altında qalıb. İlkin məlumata görə, torpaq altında qalanlar 3-5 nəfərdir.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım var. Hazırda Fövqəladə Nallar Nazirliyinin əməkdaşları xilasetmə işləri aparır. Hələlik torpaq altından çıxarılan olmayıb.
Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ANS PRESS-ə xilasetmə işləri aparan FHN əməkdaşının xəsarət aldığını bildirib. Xilasedici xəsarətlə xəstəxanaya göndərilib.