Quran Kərimə əməl etmək islam ümmətinin şərəfinə, inkişafaına və islam həmrəyliyinə səbəb olur
İİR servisi/Aran Agentliyi
İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullah Əl-üzma Xameneyi deyiblər : Quran Kərimə əməl etmək islam ümmətinin şərəfinə, inkişafaına və islam həmrəyliyinə səbəb olur. İslam İnqilabının Böyük rəhbəri şənbə günü iyulun 25-də Tehranda Quran Kərim üzrə 26-ci beynəlxalq müsabiqələrin iştirakçılarını qəbulu zamanı vurğulayıblar: Hazırda , islam ictimaiyyəti Quran Kərimə əməl etməyə ehtiyaclıdır və bu müqəddəs kitab ,əməl və mərifətə meyar və cəhət olmalıdır. O Həzrət İslam və Quran düşmənlərinin islamı həmrəyliyə zərbə vurmaq və islam ümmətini bir-birlərinə bədbin etməyə cəhd göstərmələrinə işarə edərək vurğulayıblar:Düşmənlər hiylə ilə Quranla müxalif olmadıqlarını ifadə edirlər,amma Quran təlimi və tərbiyəsi mehvərilə müxalifdirlər. Böyük rəhbər qeyd ediblər ki,İslami həmrəylik və Allahın ipinə bağlanmağın mənası, üsulda yekdillikdir.
Bəzi qanadlarda ixtilaf olsa da , bu mütləq həmrəylik və yekdilliyə mane deyil.
Həzrət Ayətullah Əl-üzma Xameneyi habelə hamını faktiki olaraq əməldə və danışıqda insafa riayət etməyə dəvət edib.