İİR servisi/Aran Agentliyi
İslam İnqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzər baş müşaviri ABŞ-ın İranın sülhməramlı nüvə proqramına qarşı son mövqeyinə toxunaraq deyib : İranı sülhməramlı nüvə inkişafından məhrum etmək imkansızdır .
Əliəkbər Vilayəti İran İslam Respublikası ilə məntəqə ölkələri arasında dinc əlaqələrin hökm sürdüyünü xatırladaraq deyib : İranın sülhməramlı nüvə fəaliyyətlərindən nigarançılığa səbəb yoxdur . Vilayəti həminin ABŞ-ın dövlət katibi Hilari Klintonun orta şərqdə müdafiə çətirinin yaradılmasına dair sözlərini əsassız hesab edərək deyib :İranın nüvə fəaliyyətləri beynəlxalq təşkilatların nəzarəti altında həyata keçir və İİR bu fəaliyyətlərdən hərbi istiqamətdə istifadə niyyətində deyildir . Vilayəti deyib : İranın məntəqə ölkələrinin təhlükəsizliyi ilə əlaqədar nigarançılıqları ABŞ-dan az deyil. Dünya xalqları bu gün başa düşüblər ki , İranı sülhməramlı nüvə texnologiyası sahəsindəki inkişafdan saxlamaq mümkünsüzdür . İslam İnqilabının Böyük Rəhbərinin müşaviri İranın nüvə texnologiyasının yerli olduğunu xatırladaraq deyib : Qərb dövlətləri heç vaxt İranı sülhməramlı nüvə texnologiyasını əldə etməkdən məhrum edə bilməyəcəklər .