Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov yaxın gələcəkdə Tehrana səfər edəcək
Azərbaycan Servisi/Aran Agentliyi
Agah mənbələrdən daxil olan məlumatlara görə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov yaxın gələcəkdə Tehrana səfər edəcək.
Bu mənbələrin bildirdiklərinə görə İİR-nin Sionist rejimin başçısı Şimon Peresin Bakıya səfər etməsindən narazı olmasının ardınca Azərbaycan Respublikasının prezidenti İlham Əliyev şəxsən bu ölkənin xarici işlər naziri Elmar Məmmədyarovdan istəyib ki, bu səfərdən irəli gələn narazılıqların aradan qaldırılması üçün Tehrana səfər etsin.
Hələlik Elmar Məmmədyarovun Tehran səfərinin dəqiq tarixi elan olunmayıb.
Bu qaynaqların bildirdiklərinə görə Azərbaycan Respublikası rəsmiləri iranlı rəsmilərlə danışıqlarda vurğulayacaqlar ki, Bakı Sionist rejim başçısının səfəri zamanı bu səfərin mənfi təsirlərini azaltmaq məqsədilə mühüm müqavilələr bağlamaqdan çəkinibdir.
Ekspertlər bu qənaətdədirlər ki, Azərbaycan Respublikası rəsmilərinin Sionist rejim başçısının Bakı səfərinin formal xarakter daşıdığını bildirmələrinə rəğmən bu rejimin son illər ərzində Azərbaycan Respublikasına xərçəngvari nüfuzu şiddətlə artmaqda olub ki, bu Azərbaycan Respublikası ilə region üçün təhlükəlidir.