Tarix : 2009 Jul 28
Kod 13142

Azərbaycan nazirlərinin əksəriyyəti xəstədir

Dövlət məmurlarının səhhəti istənilən cəmiyyətdə diqqətlə izlənilir. Bunu nəzərə alaraq, bizdə dövlət məmurlarının, əsasəndə nazirlərimizin sağlıq durumu ilə maraqlandıq
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin Pia.az-a istinadlı xəbərinə görə, Dövlət məmurlarının səhhəti istənilən cəmiyyətdə diqqətlə izlənilir. Bunu nəzərə alaraq, bizdə dövlət məmurlarının, əsasəndə nazirlərimizin sağlıq durumu ilə maraqlandıq.

Qeyd edək ki, dövlət adamlarının səhhətində ki, durumu öyrənmək çox çətindir. Çünki onların müalicə olunduğu yerlər məlumatların qapalı qalmasında maraqlıdırlar. Buna baxmayaraq, bir neçə il öncə dövlət xəstəxanalarında müalicə olunan bəzi nazirlərimizin kimliyini və xəstəliklərinin adını öyrənə bildik. Beləliklə;

- Ramiz Mehdiyev - şəkər xəstəliyi
- Kəmaləddin Heydərov - qara ciyər
- Fazil Məmmədov - şəkər xəstəliyi
- İsmət Abbasov - qara ciyər və böyrək xəstəliyi
- Misir Mərdanov - təzyiq xəstəliyi
- Rövnəq Abdullayev- təzyiq
- Qərib Məmmədov - tərləmə və təzyiq xəstəliyi
- Bəylər Əyyubov - təzyiq xəstəliyi.


Bununla yanaşı bunuda müəyyənləşdirdik ki, dövlət məmurlarının 70 faizə qədərində şəkər xəstəliyi, 80 faizində isə təzyiq xəstəliyi var.

Bundan başqa orta səviyyəli məmurlar varkı onların əksəriyyətində prostat vəznində ciddi problemlər yaranıb.

Yeri gəlmişkən qeyd edək ki, şəkər xəstəliyi əsasən qorxudan yaranır.
 
 
  • Yazılıb
  • da (də) 2009 Jul 28