Az. R-nin bəzi informasiya dairələri bu ölkə ordusu və Müdafiə Nazirliyində rəhbərlik səviyyəsində geniş dəyişikliklər ehtimalından xəbər veriblər
Azərbaycan Servisi/Aran Agentliyi
Az. R-nin bəzi informasiya dairələri bu ölkə ordusu və Müdafiə Nazirliyində rəhbərlik səviyyəsində geniş dəyişikliklər ehtimalından xəbər veriblər .
Bakıdakı müxbirimizin yerli mənbələrə o sıradan MİLAZ-a istinadla verdiyi məlumata görə NATO-nun tələblərinə uyğun olaraq ordunun NATO standartlarına uyğunlaşdırılması bəhanəsi ilə Az. R. ordusunda və MN-dəki rəhbərlik heyətində dəyişikliklər ediləcək .
Bu məlumata görə bu dəyişiklik müdafiə naziri general-leytenant Səfər Əbiyev, ordunun mərkəzi qərargah rəisi general-mayor Ramiz Nəcəfov ,dəniz qüvvələri komandanı Şahin Sultanov və bir sıra digər ordu başçılarını əhatə edəcək.
Deyilənlərə görə NATO bu vəzifələrə hərbçi yox ,mülki şəxslərin təyin edilməsini istəyir .
Qeyd etmək lazımdır ki, bundan öncə Gürcüstanda da ordunu NATO standartlarına uyğunlaşdırmaq bəhanəsi ilə NATO-ya inteqrasiya ilə müxalifət edən bir çox ordu komandanı öz vəzifələrindən kənarlaşdırıldı.
Az. R. 1994-cü ildən NATO-nun sülh naminə tərəfdaşlıq proqramına üzv olduğu zamandan NATO-ya üzv ölkələrə bir çox imtiyazlar verib . Amma indiyə kimi NATO Az. R-nin ərazi bütövlüyünü tanımaqdan və Qarabağın Az. R-nin bir hissəsi olduğunu rəsmən etiraf etməkdən çəkinib və rəsmi Bakının işğal olunmuş əraziləri hərbi yolla azad etmək istəyinə mənfi reaksiya verib .