Tarix : 2009 Jul 28
Kod 13146

N. Məmmədovun sağlamlığı təhlükə altındadır

N. Məmmədov göz və prostat xəstəliklərindən əziyyət çəkdiyi üçün cərrahiyyə əməliyyatına ehtiyaclıdır
Azərbaycan Servisi/Aran Agentliyi

Tolişi Sədo qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun vəziyyətinin ağır olmasına baxmayaraq səlahiyyətli orqanlar indiyə kimi onun xəstəxanaya köçürülməsinin qarşısını alırlar.
Novruzəli Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri Hilal Məmmədov İİR-nin radio-televiziya təşkilatının sərhədaşırı bölməsinin Bakıdakı müxbiri ilə müsahibədə deyib : N. Məmmədov göz və prostat xəstəliklərindən əziyyət çəkdiyi üçün cərrahiyyə əməliyyatına ehtiyaclıdır . Bu arada həbs nəticəsində ona yönəlmiş təzyiqlər nəticəsində sağ əli öz fəaliyyəti itirib . Hilal Məmmədov Az. R-da talışların yeganə mədəniyyət mərkəzinin bağlanmasına və onun sədrinin həbs edilməsinə işarə edərək bu məsələni Az. R-da talışların nə dərəcədə təzyiqlərə məruz qaldıqlarının nişanəsi adlandırıb. Qeyd etmək lazımdır ki , Novruzəli Məmmədov 2007-ci ilin fevralında vətənə xəyanətdə ittiham edilərək 10 il azadlıqdan məhrum edilib .Novruzəli Məmmədov məhkəmə iclasında ona qarı irəli sürülmüş ittihamları yalan adlandırmışdı. Talışlar Az. R-da ən iri milli azlıq sayılırlar . Amma onlar bir çox ictimai və mədəni hüquqlarından məhrumdurlar .

  • Yazılıb
  • da (də) 2009 Jul 28