Tarix : 2009 Jul 28
Kod 13149

İsrail səfirliyinə qutu göndəriblər

dünən axşam saatlarında Rusiyadakı İsrail səfirliyi həyəcan siqnalı ilə bütün Moskva milisi və təhlükəsizlik xidmətini ora çağırıb
Rusıya Servisi/Aran Agentliyi
İslam-Azeri.az interet qəzetinin Life.ru internet saytına istinadlı xəbərinə görə dünən axşam saatlarında Rusiyadakı İsrail səfirliyi həyəcan siqnalı ilə bütün Moskva milisi və təhlükəsizlik xidmətini ora çağırıb.
Verilən məlumata görə Rusiyadakı İsrail səfirliyini bir qutu göndərilib ki, içində naməlum flakonlar aşkar edilib.

Səfirlik işçiləri bunu görən kimi qorxudan yerli hüquq mühafizə orqanlarını çağırıblar.
Qutudan həmdə bir məktub çıxıb.
Məktubda isə: "İsrail xalqını donuz qripindən müalicə etmək üçün"-cümləsi yazılıbmış.
Qutu və flakonlar, məktub ilə birlikdə labaratoriyaya göndərilib.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 28