Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı "Hizbullah"ın parlamentdəki fraksiyasının başçısı Məhəmməd Raad ilə Beyrutda görüşüb
Türkiyə servisi/Aran Agentliyi
«Yeni Şərq»in türk mətbuatına istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı "Hizbullah"ın parlamentdəki fraksiyasının başçısı Məhəmməd Raad ilə Beyrutda görüşüb. Görüş iki saat ərzində bağlı qapılar arxasında keçirilib.
Davudoğlu və Raad Livanda hökumətin formalaşdırılması istiqamətindəki səyləri, Türkiyə-Livan münasibətlərinin inkişafı və Livanın siyasi partiyalar arasında barışıq məsələsini müzakirə ediblər. Davudoğlu həmçinin etnik Livanın şimalında yaşayan türk-türkmənlərin nümayəndələri ilə görüşüb.