Tarix : 2009 Jul 31
Kod 13183

Bu il Azərbaycana 40 min avtomobil gətirilib

2009-cu ilin 6 ayında respublikaya təxminən 40 min avtomobil gətirilib
Azərbaycan servisi/Aran Agentliyi
2009-cu ilin 6 ayında respublikaya təxminən 40 min avtomobil gətirilib. ANS PRESS-in məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin yekunlarına dair hesabat məruzəsində deyib.

Nazirin müavini avtomobillərin artması fonunda yol-nəqliyyat hadisələri sayının 4.2, qəzalarda ölənlərin sayı 1.3, yaralananların sayı 5.5 faiz azaldığını bildrib. Sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş verən hadisələr 3.5, piyadaların vurulması ilə bağlı qəzaların sayı 10.8 faiz az olub. Yol hərəkətinə nəzarət prosesində 377.389 qayda pozuntusu aşkarlanıb ki, bu da 2008-ci illə müqayisədə 3.9 faiz çoxdur.

Belə inzibati xətalara görə 375.909 sürücü cərimələnib, 1480 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 1303 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülüb.
  • Yazılıb
  • da (də) 2009 Jul 31