Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın qərb və şərq mədəniyyətinin toqquşduğu ölkə olması-kimi cümlələri çox eşitmişik. Lakin nə qədər də bu belə olsa. Xalqımızın milli mənəvi dəyərləri İslam dini, Əhli Beyt məktəbi ilə bir olmuşdur. Bu, qaçılmaz və danılmaz faktlardır. Lakin ölkəmizdə İslam mədəniyyətinin düzgün yayılması məsələsinə gəlincə, burada bir balaca deyil, əməlli başlı problemlər var. Bu problemləri çox eşitmişik və özümüz də bu problemləri hətta yaşamışıq. Ancaq toxunmaq istədiyim məsələ bu problemlər deyil onun əsas kökləri olacaq.
Birinci məsələ azanın mikrafon ilə verilməsini qadağan edilməsi məsələsidir. 2007-ci il, may ayları birdən birə azan qadağası ortaya çıxır. Xalq şoka düşüb. Nədi İslam mədəniyyətindən əsar əlamət qalan bir neçə şey var, biri də azandır ki, məscidə getməyənlər bu səs ilə rahatlıq tapırlar. Bunudamı qadağan edəcəklər? –Kimi suallar.... Xalqda etirazlar oyanmağa başlayır. Gününü taksidə keçirən taksi sürücüləri: “Filan filan olmuşlar azanı niyə qadağan edilrər?”-deyən zaman içində iman olmayan mollalar televiziya ilə: “Hə xalq narahat olur. Bu azanı verməsələr yaxşı olar. Dədə babamız mikrafon ilə verməyib ki...”-deyirdilər. Ancaq dini icmalar, vətəndaş cəmiyyətləri və təşkilatlar da etirazlarını bildirməyə başladılar. Mətbuatın da o dəfəki, fəallığı həqiqətən təqdirə layiq hesab edilməlidir. Sonda nə oldu? Şeyx prezident ilə görüşdü, prezidentdən xəbərsiz qərarın ləğv edilməsini çıxıb televiziya ilə elan etdi. Yəni azan qadağası reallaşmadı.
Daha sonra hicab qadağası. Qeyri qanuni olaraq hicablılar məktəb və institutlara buraxılmamağa başladı. Əlbəttə ki, bununla bağlı DEVAMM(Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi) onlara nə qədər şikayət edildiyini daha yaxşı bilir.
Sonra nə oldu. Hüquq müdafiəçilərinin təzyiqi, müsəlmanların etirazı, mətbuatda yazılar. Sonda bu qadağanın rəsmi olması üçün Milli Məclisdə müzakirəsi başlanan “Təhsil haqqında” qanun layihəsinə qadınların təhsil müəssisələrinə başörtüsü ilə girmələrini qadağan edən 11.1.8-ci maddənin salınması ilə başladı. Yenə etirazlar. Yeni narahatçılıqlar. Türkiyənin bir zamanlar buraxdığı səhvi Azərbaycanmı həyata keçirəcək? Nəhayət xlaqın etirazları və Allaha edilən dualar səmərəsiz qalmadı. Bu layihədə baş tutmadı-yəni “Təhsil haqqında” qanun layihəsindən hicab qadağası götürüldü. Lakin yenə İslama qarşı allergiyası olanlar bu layihənin çıxarılmasından narahat olaraq bu layihəyə düzəliş verilməsinə nail oldular. Düzəliş isə təhsil ocaqlarının özlərinin hicab qadağası edib etməyəcək qərarı verməkdə azad olması demək idi. Lakin bu qərarın altında da gizli məqamlar var idi. Yəni qeyri rəsmi olaraq məktəb direktorlarına, “hicabla məktəbə tələbə buraxma” əmri verilməsi ilə öz istəklərinə nail olacaqlarını düşünürdülər. Necə ki, azan qadağasından qabaq İcra hakimiyyəti nümayəndələri bəzi məscidlərə gəlib azan qadağasını onlara demişdilər. Özünüz başa düşə bilərsiniz nə demək istəyirəm. Bəli belə də oldu. Bəzi məktəb direktorları , “hicabla məktəbə tələbə buraxma” əmrinə-“eşidirik və itaət edirik” cavabı verərək, hicablı tələbələri gözü yaşlı qoymağa başladılar. Bakıdan Gəncəyə kimi, Gəncədən Zaqatalaya kimi bir çox orta və ali məktəblərdə hicab qadağası rast gəldi. Hətta Gəncənin məktəblərinin birinin direktoru hicablılara: “Hicabı açmayağınız təqdirdə məktəbə gəlməyin”-deyərək məmur öz başnalığına kimi getmişdi.
Lakin valideynlərin müqaviməti və etirazı məktəblərdə direktorları süstləşdirməyə başladı (Bu o demək deyil ki, məktəblərdə hicab qadağası yoxdur). Nə isə qadağalara baxmayaraq hicablıların sayı artmaqdadır.
Sonra nələrdən yaza bilərik. Məscidlərin dağıdılması. Bəli mən deyə bilərəm ki, bu ən ağılsız addım idi ki, Allah Quranda buyurduğuna da heç şübhəm yoxdur. Bəqərə surəsinin 114-cü ayəsində belə buyurulur: “Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!”. Bəli bunlara mən yox, Allah zalim deyir. Əgər bu sözə etirazları varsa, Prezidentin and içdiyi Qurana etiraz edirlər. Çünki Prezident and içdiyi Quranda yazılıb bu ayə, başa düşürsünüzmü? Bəlkə məscidin dağıdılmasına görə sizi dua edək? Bəlkə sizə medal və orden verilməsini istəyirsiniz? Bu şeylərdən yazanda və ya danışanda çoxları: “Bu siyasətdir bu şeylərlə işin olmasın”-deyirlər. Niyə yazmayaq niyə danışmayaq. Hələ ki, nazirlərin milyonlarla villasından yazmırıq. İran cəsuslarının olduğu ölkədə niyə İsrail cəsusları çıxmır? -Sualını hələ ki, vermirik. Nə isə...
Dini təhsili xaricdə alanlara qarşı olan qanunun özü də, məntiqsiz bir qərardan başqa bir qərar deyil. Nə oldu, Qumda, Buxarada, Nəcəfdə və Əl Əzhərdə təhsil alan “cəsus” ola bilər, Amerikada, İsraildə və digər ölkələrdə təlim və təhsil alanlar “cəsus” ola bilməzlər? Hacı Məmmədov ki, dini təhsil almamışdı, niyə ölkədə “killerlik” edirdi? Və yaxud AZİ-dəki terror, erməni cəsusu, gəlib ABŞ institutlarında olduğu kimi, cinayət törədən Fərda Qədirov, bu ki, dini təhsil almış şəxs deyildi. Qarabağla bağlı həbs edilənlərdən birinin də, xaricdə dini təhsili yox idi. Onlar hamısı ya Azərbaycan ya da xarici ölkələrdə dünyavi təhsil almışdılar. Buna görə bu qərarı məttiqsiz hesab edirəm.
İndi bir maraqlı faktı sizin diqqətinizə çatdırmaq istəyirəm. Özünüz də yəqin ki, dilənçilərin hicaba keçdiyini görmüsünüz. Əvvəl mən, deyirdim ki, “yəqim hidayət olublar”. Lakin sonra məndə şübhələr yaranmağa başladı. Dilənçilərə “yol” tapan birindən xahiş etdim ki, bu barədə araşdırma aparsın. O isə, araşdırma apardıqdan sonra dediyi nəticə məni şəxsən çox təəcübləndirdi. Bir neçə dilənçi ilə söhbət etdikdən sonra onlar, “bizə belə əmr veriblər biz də belə edirik”-deyiblər. Bilirsiz yəni nə deyiblər? Deyiblər ki, “hicaba keçin-yoxsa dilənə bilməssiz!”. Bəziləri bunu düz başa düşməməsi ehtimalını verib, bunun səbəblərini açıqlamaq istəyirik. Hicab taxın deyənlər özləri də əmrə itaət edəndirlər. Və öz sözləri deyil. Bəs əsl məqsəd nədir? Məqsəd budur ki, “hicab” kəlməsi xalqın fikirinə “dilənçi uniforması” kimi düşsün. Bəli, mətbuatda bəzi əxlaqsız qadınlara hicab çadra geyindirib parklara yola salınmasını da oxudum və bu şeylərə heç də şübhə etmirəm.
Lakin sözümü çox edib sizi yormaq fikirim də yoxdur. İslama düşmən olanlar bilsinlər ki, Allahın dini və atributları köbələk deyil ki, onu qırıb atalar, or-bura. Dinin sahibi var, o da Allahdır. Fironlar, Nəmrudlar, Yezidlər və onlar kimilərin aqibəti necə oldu? Bəli düz başa düşdünüz İslama düşmən kəsilmişlər tarixin zibilliyinə atılacaq və aqibətləri də, adlarını sadaladığımız zalimlərin aqibəti kimi olacaqdır.
İslam-Azeri.az internet qəzetinin baş redaktoru