Tarix : 2009 Aug 02
Kod 13216

ZƏRDABDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Toya gələn qonaqların qarpız və ya yemişdən zəhərləndiyi güman edilir
Azərbaycan Servisi/Aran Agentliyi
Zərdab rayonunda kiçik toy məclisində kütləvi zəhərlənmə baş verib. ANS PRESS-in bölgə muxbirinin məlumatına görə, iyulun 30-da Zərdab rayonu Xanməmmədli kəndində Əlimürsəl Abilovun oğlunun kiçik toy məclisinə gələn qonaqlarıdan 7 nəfər zəhərlənib.
Qonaqlar-Sabirabad rayon sakinləri 15 yaşlı Aidə Əliyeva, 12 yaşlı Gülər, 9 yaşlı Gülbacı, Bakı şəhər sakini 22 yaşlı Aygül Həsənova, Zərdab sakinləri 17 yaşlı Aynur Həsənova, Gülər Qasımova, 2 yaşlı Gülyanaq Abdullayevadır. Onlar toyun səhəri saat 09.00-da Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
Xəstəxananın baş həkimi Firuz Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstələr qida zəhərlənməsi dioqnozu ilə xəstəxanaya daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Yeddi nəfərin toyda verilən qarpız və ya yemişdən zəhərləndiyi güman edilir.

  • Yazılıb
  • da (də) 2009 Aug 02