Tarix : 2009 Aug 02
Kod 13219

Azərbaycan və Rusiyanın nazirləri Qəbələdə olub

Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qəbələ RLS-də olublar
Azərbaycan Servisi/Aran Agentliyi

FaktXəbərin verdiyi məlumata əsasən, Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Azərbaycana işgüzar səfərə gəlib.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin  verdiyi məlumata görə, səfər çərçivəsində A. Serdyukov Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə birlikdə Qəbələyə səfər edib. Müdafiə nazirləri Qəbələ Radiolokasiya Stansiyasına baş çəkiblər. Qeyd edək ki, A. Serdyukovun Azərbaycana səfəri bu gün başlayıb. Səfərin məqsədi və təfərrüatları açıqlanmır.

  • Yazılıb
  • da (də) 2009 Aug 02