Livan Hizbullahının rəsmisi İsrailin İrana hücumu çox pis nəticələr verəcəyini bildirib
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Kudus TV-yə istinadlı xəbərinə görə Livan Hizbullahının rəsmisi İsrailin İrana hücumu çox pis nəticələr verəcəyini bildirib.
Kuveytin Əs Siyasə qəzetinə müsahibə verən Livan Hizbullahının Parlament qrupunun sədri Məhəmməd Rəəd İsrailin İran İslam Respublikasına hücum edəcəyi təqdirdə regionda müharibənin alovlanacağını bildirib.
Hizbullah rəsmisi: "İsrail ağılsızlıq edərək İrana hücum edərsə, sonda bu böyük müharibələrə və regionu əhatə edən döyüşlərə gətirib çıxaracaq"-deyərək ancaq İsrailin Livana və yaxud İran İslam Respublikasına hücum edəcəyini düşünmədiyini bildirib.