Əbtəhi "seçki saxtakarlığı" planının əvvəldən yaradıldığını və seçkilərdən sonra Rəfsəncani, Xatəmi və Mir Huseyn Musəvinin iclas keçirdiyinin üstünü açıb
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Fars Nyusa istinadlı xəbərinə görə dünən Tehranda prezident seçkilərindən sonrakı ixtişaşçıların məhkəməsi keçirilib.
Məhkəməyə müxaliflərin "Solçu Mübariz Din adamaları" qrupunun üzvü, Məhəmməd Xatəminin prezident olduğu dövrdə hökümətin mətbuat katibi olan və adı əxlaqsızlıqda hallanan (Farsnyusa görə) Əbtəhi ifadə verib.
Onun bəzi açıqlamaları ölkədə "səssizlik" yaradıb.
Əbtəhi "seçki saxtakarlığı" planının əvvəldən yaradıldığını və seçkilərdən sonra Rəfsəncani, Xatəmi və Mir Huseyn Musəvinin iclas keçirdiyinin üstünü açıb.
Əbtəhi onların bir-birini tək buraxmamaq haqqında razılığa da gəldiyini açıqlayıb.