Tarix : 2009 Aug 03
Kod 13240

Azərbaycan mədəniyyətinə ağır itki baş verib

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, prezident təqaüdçüsü Elxan Ağahüseynoğlu bu gün səhər vəfat edib. Xalq artisti uzun müddət idiki, şəkərli diabetdən əziyyət çəkirdi
Azərbaycan Servisi/Aran Agentliyi
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, prezident təqaüdçüsü Elxan Ağahüseynoğlu bu gün səhər vəfat edib. Xalq artisti uzun müddət idiki, şəkərli diabetdən əziyyət çəkirdi.

E.Ağahüseynoğlu 8 dekabr 1942-ci ildə Bakıda doğulub. O, 40 ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaqalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb:

· Varri («Antoni və Kleopatra», V.Şekspir),
· Reynaldo («Hamlet», V.Şekspir),
· Təlxək («Heç nədən hay-küy», V.Şekspir),
· Birinci aktyor (Kral) («Hamlet», V.Şekspir),
· Hersoq Kornuel («Kral Lir», V.Şekspir),
· Eyiden («Orlean qızı», F.Şiller),
· Kürd Musa, Zülfüqar və İbrahim xan («Vaqif», S.Vurğun),
· Özdəmir («Od gəlini», C.Cabbarlı),
· Gülverdi («Almaz», C.Cabbarlı),
· Məşədi («Küləklər», S.Rəşman),
· Qatil («Şöhrət və ya unudulmuş adam»),
· Naib («Xəyyam»),
· Xaxan («İblis»),
· Kinto («Knyaz», H.Cavid),
· Kimbel («Üç quruşluq opera», B.Brext),
· Agah («Qanlı Nigar», S.Şendil),
· Ziyad və Əmir («Yayda qartopu oyunu», V.Səmədoğlu),
· İkinci kişi («Hara gedir bu dünya»),
· Gözətçi («Fəryad»),
· Çin zabiti («Özümüzü kəsən qılınc»),
· İbn Süheyl («Dar ağacı»),
· Gülağa («Rəqabət», B.Vahabzadə),
· Mirzə Hüseyn xan («Şeyx Xiyabani», İ.Əfəndiyev),
· Lisanoviç («Hökümdar və qızı», İ.Əfəndiyev),
· Polyaniçko («Ah, Paris… Paris!..», Elçin),
· Professor («Poçt şöbəsində xəyal», Elçin),
· Şarmankaçalan («Brüsseldən məktudlar», Mir Cəlal),
· Qiyas («Dirilən adam», Mir Cəlal),
· Canişin («Xurşidbanu Natəvan», İ.Əfəndiyev),
· Müəllim («Ölülər», C.Məmmədquluzadə),
· Məşədi Səftər («Mesenat», Ə.Əmirli),
· Cümşüd xan («Eloğlu», A.Şaiq) və s.

Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada rol alıb. Bunlardan:

· S.Qədirzadənin «Ürək rahatlıq sevmir» (Müdir),
· S.Dağlının «Sabiqlər» (Müdir),
· «Adı sənin, dadı mənim» (Nəzarətçi),
· S.Rəhmanın «Şirin bülbül» (Sərnişin),
· İ.Əfəndiyevin «General» (Zabit),
· «Sarıköynəklə Valehin nağılı» (Xıdırov),
· M.F.Axundovun «Hacı Qara» (Xəlil Yüzbaşı)
pyeslərinin tamaşalarını göstərmək olar.

Aktyor «Axırıncı aşırım», «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» bədii filmlərində də çəkilib.

Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub.
  • Yazılıb
  • da (də) 2009 Aug 03