İran xalqının prezident seçkilərində verdiyi səsin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təsdiq edilməsi mərasimi dünən Tehranda keçirildi
İİR Servisi/Aran Agentliyi
İran xalqının prezident seçkilərində verdiyi səsin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təsdiq edilməsi mərasimi dünən Tehranda keçirildi.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei Mahmud Əhmədinejadın 2-ci dəfə olaraq prezident seçilməsi üçün xalqın seçkilərdə verdiyi səsi təsdiq etməsi hökmündə deyilir: Xalqın seçkilərdəki 85%-lik iştirakı İranın iftixarlı xalqının 30 illik nailiyyətlərinə olan bağlılığı və hörmətinin və bu yolla kamilliyə çatmaq arzusunun nişanəsidir.
Həzrət Ayətullah-əl-üzma Xamenei təkid ediblər ki, xalqın seçilmiş və hörmətli prezidentə bu qədər misilsiz və qətiyyətli şəkildə səs verməsi 9-cu hökumətin ötən 4 il ərzində gördüyü işlərə verilən səsdir və əksəriyyətin seçdiyi yolun aşkar nişanəsidir.
Bu hökmdə deyilir: Bu səs İslam İnqilabının bərəkətli və izzətli dialoquna verilən səsdir. İmperializm ilə mübarizə və zorakılıq qarşısında müqavimətə verilən səsdir. Yoxsulluq, pozğunluq, ayrı-seçkilik və eyş-işrət ilə yanaşı həyata qarşı mübarizəyə verilən səs idi. Xalq ilə oxşar həyat tərzinə, sadəliyə və zəiflərin dərdinə şərik olmağa səs idi. Yorulmaz çalışqanlığa verilən səs idi.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Mən cənab Əhmədinejadın 10-cu prezident seçkilərində prezident seçilməsini təbrik edirəm və İran xalqı ilə yanaşı olaraq onların səsini təsdiq edirəm və bu şücaətli, çalışqan və ayıq şəxsi İİR-nin prezidenti təyin edirəm. Aydın məsələdir ki, xalqın səsi və mənim təsdiqim, onun bu yolda addımlayacağı zamana kimi olacaq.