Cənubi Osetiya ərazisində yerləşən Rusiya hərbi kontingenti bu gündən etibarən təhlükəsizlik sahəsində profilaktik təlimlər həyata keçirməyə başlayır
Rusıya Servisi/Aran Agentliyi
Cənubi Osetiya ərazisində yerləşən Rusiya hərbi kontingenti bu gündən etibarən təhlükəsizlik sahəsində profilaktik təlimlər həyata keçirməyə başlayır. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu qondarma respublikanın prezidenti Eduard Kokoytı bildirib.
Onun sözlərinə görə, bu tədbirlər Gürcüstan-Rusiya müharibəsinin ildönümü münasibətilə reallaşdırılacaq. O əlavə edib ki, "hamı Rusiyanın müdafiə nazirinin bəyanatını eşitdi və Moskva bu mövzu ilə bağlı sərt əhval-ruhiyyədədir".