Tarix : 2009 Aug 04
Kod 13254

Qum şəhəri İmam Zaman (ə.f)-ın mövluduna hazırlaşır

Bu mövlud xüsusilə İmam Zaman (ə.f)-in şəninə tikilmiş Cəmkəran məscidində bu hazırlıqlar indidən başlayıb
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin İsna-ya istinadlı xəbərinə görə İranda bütün məscidlər Həzrəti İmam Zaman (ə.f)-ın mövluduna hazırlaşırlar.

Bu mövlud xüsusilə İmam Zaman (ə.f)-in şəninə tikilmiş Cəmkəran məscidində bu hazırlıqlar indidən başlayıb.
Artıq bu məsciddə təmizlik işlərinə start verilib.

15 Şaban İmam Zamanın mövlud günüdür

15 Şaban “Son xilaskar”–Sahibəzzamanın (ə) təvəllüdü günüdür ki, İslamda xüsusi qeyd olunan ən böyük bayramlardan sayılır. Başqa cür adlandıra bilsək, bu gün bütün dünya müstəz`flərinin bayramı kimi də qeyd olunur. 15 Şabanın gecə və gündüzü müqəddəs Kufə şəhərində yerləşən “Səhlə məscidi” və Qum şəhərində yerləşən “Cəmkəran məscidi” dünyanın müxtəlif ölkələrindən Həzrətin aşiqlərini öz ağuşuna çəkib gətirir. İmam Baqirdən (ə) Şabanın on beşinci gününün fəziləti haqqında soruşulduqda, həzrət buyurdu:

“Bu gecə, “qədr” gecəsindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah öz fəzli ilə bəndələrini qarşılayar, öz kərəm və səxavəti ilə onları bağışlayar. Bu gecədə Allaha yaxın olmağa çalışın. Həqiqətən bu elə gecədir ki, Allah-taala öz müqəddəs zatına and verməklə bu gecədə günah fikrində olandan başqa heç kəsi əliboş qaytarmayacağına söz verib. Bu elə gecədir ki, qədr gecəsini Peyğəmbərə məxsus etdiyi kimi onu da bizim üçün seçmişdir. Bu gecədə Allaha dua və həmd etməyi qənimət bilin..”.

Bu mübarək gecənin bir neçə fəzilətli əməli vardır ki, onlardan biri İmam Hüseynin (ə) hərəminin ziyarətidir. Kim 124 min peyğəmbərinin ruhunun onunla görüşməsini istəyirsə, bu gecədə o həzrəti ziyarət etsin. O həzrəti ən sadə ziyarət qaydası budur ki, evin damına çıxıb əvvəl sağa, sonra sola, daha sonra başını göyə qaldırıb, bu ifadələrlə onu ziyarət etsin: Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahu və bərəkatuh”. Hər kim harda olur-olsun bu qayda ilə o həzrəti ziyarət etsə, həcc və ümrənin savabını əldə edər.

İmam Rzadan (ə) nəql olunur ki, hər kim Şaban ayının axırıncı üç gününü oruc tutub onu Ramazan ayına birləşdirsə, Allah-taala ona ardıcıl iki ayın savabını yazar. Əbu Səlt Hərəvi rəvayət edir ki, Şaban ayının axırıncı cüməsi İmam Rzanın (ə) hüzuruna yetişdim. Həzrət buyurdu:

“Ey Əbu Səlt, Şaban ayından bir şey qalmayıb, bu axırıncı cümədir. Məsləhətim budur ki, qalmış bu neçə gün ərzində ayın keçmiş günlərində etdiyin xətaları aradan qaldır, faydalı şeylərdən yapış, daim dua və istiğfar elə, çoxlu Qur`an oxu. Mübarək Ramazan ayı gəlir, günahlarını yada salıb Allah dərgahında tövbə et. Boynunda əmanət yaxud kiminsə haqqı varsa, onları qaytar. Qəlbində kimsənin kini qalmasın. Keçmiş günahlarını daha təkrarlama. Allahdan qorx və hər bir halda ona təvvəkkül et. Hər kəs Allaha təvəkkül etsə, Allah özü ona bəsdir..”.
  • Yazılıb
  • da (də) 2009 Aug 04