Tarix : 2009 Aug 04
Kod 13255

İsrail tərəfi Azərbaycan rəsmilərini təhqir etdi

Heydər Əliyev hava limanı və AZAL (Azərbaycan Hava Yolları) Beynəlxalq Vətəndaş Aviasiyasının Təhlükəsizlik Təşkilatının (İCAO) yoxlamasından ən yüksək qiymət alıb
Azərbaycan Servisi/Aran Agentliyi
Bir neçə gün əvvəl İsrail ilə Azərbaycan arasında hava reysləri barədə problemlərin yarandığını və Azərbaycanın rəsmilərinin İsraili narahat edən qərar qəbul etdiyini diqqətinizə çatdırmışdıq . Bu gün isə İsrail mətbuatı bu barədə daha ətraflı məlumat dərc edib.

İsrailin İzrus saytına istinadlı xəbərinə görə 20 avqustda iki ölkə arasında bir başa avia rabitə kəsiləcək.

Bəs əsl səbəb nədir? Bu barədə İzrus saytı “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Aviasiyada Təhlükəsizlik İdarəsinin rəisi Fəxrəddin Qazıbəyov açıqlama verib.

Qazıbəyov İzrus saytına bildirib ki, "Heydər Əliyev hava limanı və AZAL (Azərbaycan Hava Yolları) Beynəlxalq Vətəndaş Aviasiyasının Təhlükəsizlik Təşkilatının (İCAO) yoxlamasından ən yüksək qiymət alıb. Bizim əsas hədəfimiz sərnişinlərin təhlükəsziliyidir"-deyərək İsrail tərəfinin Azərbaycan Hava Yollarının təhlükəsziliyində səhv tutmasını düzgün saymayıb.

İzrus saytı isə İsrail tərəfinin əsl istəklərini ortaya çıxarıb.

Belə ki, sayta məlum olub ki, İsrail tərəfi öz təhlükəsizliyini özü qorumaq istəyib. Yəni çox sayda silahlı mühafizəçi Bakıya təyyarədə gəlmək, hətta Bakının küçələrində silah ilə gəzmək icazəsini də qarşı tərəfdən tələb edibər.

Adının çəkilməsini istəməyən İsrailin Hava Yollarının Təhlükəszilik rəsmisi isə yenə bu sayta: "15 nəfər silahlı Azərbaycana niyə narahatlıq yaradır. Bu silahlılar dövlət çevrilişi edəcəklər?"-deyərək Azərbaycan tərəfə təhqir edici ifadələr işlədib.

Həmçinin bu rəsminin bildirdiyinə görə Azərbaycan tərəfi pula görə bu addımı atır.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 04