İranlı şairlərin İran-rus müharibələri habelə Qafqaz məntəqələrinin işğalına qarşı reaksiyaları movzusunda ona qaranlıq fəsilləri adlı əsəri işıq üzü görüb
Azərbaycan Servisi/Aran Agentliyi
İranlı şairlərin İran-rus müharibələri habelə Qafqaz məntəqələrinin işğalına qarşı reaksiyaları movzusunda ona qaranlıq fəsilləri adlı əsəri işıq üzü görüb .
Fars Xəbər Agentliyinin Təbrizdən verdiyi məlumata əsasən Təbrizli yazıçı Məhəmməd tahiri Xosrovşahının yaydığı qaranlıq fəssilləri kitabı ədəbiyyatçılar və şairlər aspektindən Arazın otayındakı iranlı məntəqələrin işğalını ilk dəfə olaraq araşdırıbdır.
Bu təbrizli yazıçı Fars Xəbər Agentliyinin müxbiri ilə müsahibədə deyib : Qaranlıq fəssilləri kitabından bəlli olur ki , bir ictimaiyyətini Emosiya bayraqdarı olan şairləri təhqiramiz Gülüstan və Türkmənçay müqavilələri ardınca Qafqazın acı ayrılığı hadisəsindən daha çox təsirləniblər . O öz söhbətlərinin davamında bildirib : Vətənpərvərlik hissi Qacar şairlərində yaxşı şəkildə öz əksini tapıb və qaranlıq fəsilləri "Anti işğalçı şeri" adı altında fars ədəbiyyatının yeni janrını yaradıbdır Qaranlıq fəslərinin müəllifi olan iranlı yazıçı anti işğalçılıq şerlərindin nümunələr təqdim edərək belə inanır : İran şairlərinin çarr Rusiyasının İranla savaşına Qacar dövründə Fars şerinə yeni bir ruh bəxş etdi və beləliklə İran ədəbiyyatı tarixinin oyanış şer təməlini qoydu . Tahir Xosrovşahi qaranlıq fəsilləri kitabında iki mühüm əsər olan Xaqaninin divanı və Nizami Gəncəvinin tam əsərlərini habelə 6-cı hicri əsrində vətən torpağının bir hissəsinin işğalına qarşı reaksiyaları araşdırıbdır . O deyib : Müqavimət şerlərinin ilk nümunəsi Azərbaycanın fars dili şairlərinin əsərlərində gözə çarpır . Tahiri Xosrovşahi əlavə edib : Qaranlıq fəsillərinin bir sıra səhifələrində azəri türküsü şerləri və türkcə şerlər söyləyən şairlərin Qafqazın işğalına qarşı reaksiyası araşdırılıbdır .