Gürcüstanın İnvestisiya Riskləri Üzrə Menecment Agentliyinin nümayəndəsi Zurab Sumaniyanın İsraildəki görüşləri zamanı İsrailli iş adamları ilə sazişlər imzalayıb
Gürcüstan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin İsrail mətbuatına istinadlı xəbərinə görə Gürcüstan prezidenti İsrailə böyük ərazini İsrailə vermək istəyir.
İsrail qəzetlərinin yazdığına görə Gürcüstanın İnvestisiya Riskləri Üzrə Menecment Agentliyinin nümayəndəsi Zurab Sumaniyanın İsraildəki görüşləri zamanı İsrailli iş adamları ilə sazişlər imzalayıb.
İsrail paytaxtında görüşən Gürcüstan rəsmisi Saakaşvilinin İsrailə olan məhəbbətini onlara bildirmiş və İsraillilərin iş görməsi üçün problemlərin olmadığını bildirib.
"Saakaşvili 40000 hektar torpaq sahəsini İsrailli iş adamlarının alması üçün razılıq verib. Əgər İsrailli investorlar bu sahəyə investisiya qoymaq istəsələr və torpaq almaq fikirləri olsa, onlar bilsinlər ki, çox gözəl qarşılanacaqlar"-deyən Gürcüstanın İnvestisiya Riskləri Üzrə Menecment Agentliyinin nümayəndəsi açıq aşkar Saakaşvilinin İsrailə torpaq hədiyyə etmək fikirinin olduğunu bildirib.