İİR-nin prezidenti və Oman kralı vurğulayıb ki , iki ölkə ortaq mənafeləri və müştərək düşmənləri var
İİR Servisi/Aran Agentliyi
İİR-nin prezidenti və Oman kralı vurğulayıb ki , iki ölkə ortaq mənafeləri və müştərək düşmənləri var.
İİR-nin prezidenti Mahmud Əhmədinejad və Oman karlı Sultan Qabus ben Səid bu gün Tehranla Masqatın müştərək mənafelər və düşmənlərə malik olduqlarına təkid edərək bütün sahələrdə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsinin zəruriliyini vurğulayıblar .
Əhmədinejad və Sultan Qabus özlərinin Tehrandakı müzakirələrində regionda stabillik üçün İranla Omanın təhlükəsizlik əməkdaşlıqlarının xüsusi əhəmiyyət daşımasını bəyan edərək vurğulayıblar : iki ölkə ətraflı və münasib şəkildə layihələri həssas Fars Körfəzi və Oman dənizi məntəqəsində davamlı təhlükəsizlik uğrunda addımlar ta bilərlər .
İİR-nin prezidenti və Oman kralı iqtisadi əməkdaşlıqların genişləndirilməsini iki ölkə xalqlarının xeyrinə bilərək vurğulayıblar : İranla Oman arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarət ,nəqliyyat və energetika sahələrindəki çoxlu potensiallardan istifadə etmək lazımdır . Oman karlı bu görüşdə Əhmədinejadı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib .