Azərbaycan Servisi/Aran Agentliyi
Yenidən Azərbaycan Respublikasının ərazi bütövlüyü mübahisəli ərazi kimi göstərilib. “Microsoft – MSN” korporasiyasının «Poqoda» (Hava) internet bölməsi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.FaktXəbərin Vesti.az saytına istinadən yaydığı məlumata görə, saytda adları sadalanan ölkələr sırasında “Dağlıq Qarabağ” da var. “Dağlıq Qarabağ” müstəqil dövlət kimi göstərilsə də, mötərizədə bu ərazinin mübahisəli olduğu yazılıb. Vesti.Az saytda səhvin düzəldilməsi üçün oxucuları “Microsoft – MSN” korporasiyasına müraciət etməyə çağırıb.