İran İslam Respublikasının yeni seçilmiş prezidenti Mahmud Əhmədinejadın andiçmə mərasimi keçirilib
İİR Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə, İran İslam Respublikasında növbəti dəfə prezident seçilmiş Mahmud Əhmədinejadın andiçmə mərasimi keçirilib. Prezident Mahmud Əhmədinejad bu səhərt andiçmə mərasimində iştirak etmək üçün İran İslam Respublikasının Parlament binasına gəlib. Andiçmə mərasimində İran İslam Respublikasının dövlət rəsmiləri ilə bahəm, xarici diplomatik korpusların nümayəndələri də iştirak edib. Nəzərinizə çatdıraq ki, Avqustun 3-də Əhmədinejadın İran Prezidenti vəzifəsinə seçilməsi təsdiqlənib.
Qeyd eədk ki, İslam İnqilabı Rəhbəri seyyid Ayətullah Xamenei İran Konstitusiyasına əsasən seçilmiş prezidentin vəzifəyə başlamasını təsdiqləyib. Artıq prezident Mahmud Əhmədinejadın ölkə prezidenti kimi vəzifəsini icra etməsinin ikinci müddəti başlayır. Xatırladaq ki, İyunun 12-də keçirilən prezident seçkilərində Əhmədinejad səslərin 62,63%-ni toplayıb. Onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75%-ni toplayıb.