Tarix : 2009 Aug 05
Kod 13288

İran, 17 min 670 peyk telekanalı ilə mübarizə aparır

İran Radio Televiziya təşkilatının Fars Əyaləti üzrə sədri Talayi, təxminən 17 min 670 peyk telekanalının İran İslam Respublikasında mövcud dəyərlərə qarşı əks təbliğat apardıqlarını söyləyib
İİR Servisi/Aran Agentliyi

FaktXəbərin "Fars News"-a istinadən verdiyi məlumata görə, İran İslamn Respublikasının Fars əyalətində təşkil olunan mərasimdə çıxış edən Talayi, İrana qarşı mənfi planlar quran insanların münafiqlər, kafirlər və dost libasında olan düşmənlər olduğunu ifadə edib.Çıxışı zamanı düşmənlərin media vasitəsitəsilə  həyata keçirdiyi informasiya hücumuna toxunan Talayi, dünya səviyyəsində imperialist qüvvələrə bağlı olan 17 min 670 peyk kanalının İran İslam Respublikasında mövcud dəyərlərə qarşı əks təbliğat apardıqlarını vurğulayıb.

  • Yazılıb
  • da (də) 2009 Aug 05