İran Radio Televiziya təşkilatının Fars Əyaləti üzrə sədri Talayi, təxminən 17 min 670 peyk telekanalının İran İslam Respublikasında mövcud dəyərlərə qarşı əks təbliğat apardıqlarını söyləyib
İİR Servisi/Aran Agentliyi
FaktXəbərin "Fars News"-a istinadən verdiyi məlumata görə, İran İslamn Respublikasının Fars əyalətində təşkil olunan mərasimdə çıxış edən Talayi, İrana qarşı mənfi planlar quran insanların münafiqlər, kafirlər və dost libasında olan düşmənlər olduğunu ifadə edib.Çıxışı zamanı düşmənlərin media vasitəsitəsilə həyata keçirdiyi informasiya hücumuna toxunan Talayi, dünya səviyyəsində imperialist qüvvələrə bağlı olan 17 min 670 peyk kanalının İran İslam Respublikasında mövcud dəyərlərə qarşı əks təbliğat apardıqlarını vurğulayıb.