Biz gələcəkdə geniş layihələrimiz vardır. Qrupumuz həm Cəfəri həm də Muminun qrupu adı ilə fəaliyyət göstərib. Adlarını çəkmək istəmirəm, bu günə kimi 12 albomumuz var
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin bu günkü müsahibi Muminun Cəfəri İlahilər qrupunun rəhbəri Hacı Mehdi Dərbəndidir.
Dosye: 1976-cı ildə Bakıda dünyaya gəlib. 176-saylı məktəbin məzunu. İbrahim Əbilov adına musiqi məktəbinin yetirməsi. Dağıstan Respublikasının İncəsənət Əməkdar xadimi. 18 ildir ki musiqi sənətindədir. Onun 10 ilini İlahi Mahnılar bəstəkarı kimi fəaliyyət göstərib. Evlidir. Bir uşaq atasıdır. Müqəddəs ziyarətlərdən, Məşhəd, Suriya və Həcc-də olub. Böyük arzularından biri Kərbəla ziyarətində olmaqdır.
Hacı Mehdi gələcəkdə sizin qrupunuzun hansı layihələri vardır?
Bismillahir Rəhmanir Rəhim,
Biz gələcəkdə geniş layihələrimiz vardır. Qrupumuz həm Cəfəri həm də Muminun qrupu adı ilə fəaliyyət göstərib. Adlarını çəkmək istəmirəm, bu günə kimi 12 albomumuz var. Bundan da artıq fəaliyyət göstərmək istəyirik. Hər nə qədər fəaliyyət etsəkdə, bu azdır.
Hacı Azərbaycanın efir məkanında sizin qrupunuz nədənsə görünmür, bu nə ilə əlaqəlidir?
Bəli İnteraz telekanalı istisna olmaqla bütün telekanallarda 2 ildir ki, nə dini verilişə rast gəlinir, nədəki dini mahnılar efirə getmir. Necə ola bilər ki, İslam mədəniyyətinin paytaxtının efirində nə dini ədəbiyyata nə də ki, İlahi mahnılara rast gəlinmir.Muğam və ya meyxananı İslam Mədəniyyətinə aid etmək olmaz. Nə vaxtdan İslam mədəniyyətini bunlar təmsil edir? İslam mədəniyyəti, İslam ədəbiyyatı və İlahi mahnılar, həmçinin dini qəzəllər və adlarını sayıb qurtara bilmədiyim hissələrlə zəngindir.
Bu sualım İslami qaydalara uyğun olan toy məclisləri ilə bağlıdır. Bu cür toylar əvvəlki illərə nisbətən çoxalıbmı?
Bir gözəl beyt var. Bunu biz toy məclislərində tez tez oxuyuruq.
Qanuni İlahi Belədir ay yerinə gün gecə gəlməz
Gəl zuri Əli olmasa millət gücə gəlməz
Gəl cəzbeyi eşq olsa gətirrəm necə gəlməz
Gəl cəzbeyi eşq olmasa gəlsə vecə gəlməz
Əlbəttə. Əvvəllər ara-sıra bu cür toylarla rast gəlinirdi. Bir il əvvəl demək olar ki, hər gün toy məclisləri olurdu. İndi isə təsəvvür edin dəfələrlə olur ki, gündə iki dəfə toy məclisinə dəvət alırıq. Allah mömin və möminələrin sayını artırsın. Çünki, cəmiyyət imanlansa pozğunçuluğun sayı azalar.
Hacı Mehdi düzdür İlahi qrupların sayı çoxdur. Lakin çoxlarının musiqi savadı və s. çatışmayan cəhətləri var. Bu barədə nə deyə bilərsiniz?
Bəli bu belədir. Əlbəttə ki, məndən əvvəl Əhli Beyt məddahları Hacı Yaşar, Hacı Nasir, Hacı Aqil bunlar 20 ildir ki, fəaliyyət göstərirlər. Hər halda onlar bu səhvləri tuta bilərlər. Ümid edirik ki, bu qruplar çatışmayan cəhətləri aradan qaldırarlar. Gələcəkdə belə bir kursun açılacağını da çox ümid edirik.