Tarix : 2009 Aug 07
Kod 13304

Əhli-Beyt Hüseyniyyəsində İmam Mehdi mövludu keçirildi

Həzrəti İmam Mehdinin (ə.f) mübarik mövlüd mərasimləri Bakının müxtəlif məntəqələrində qeyd edilmişdi
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, Həzrəti İmam Mehdinin (ə.f) mübarik mövlüd mərasimləri Bakının müxtəlif məntəqələrində qeyd edilmişdi.

İslam-Azeri.az İnternet Qəzetinin xüsusi müxbirinin bu cür tədbirlərdən birinin də Əhli-Beyt (ə) Huseyniyyəsində keçirildiyini və bu tədbirdən xüsusi reportajını saytın izləyicilərinə təqdim edir.

06.08.09 tarixdə Əhli-Beyt (ə) Huseyniyyəsində İmam Zamanın (ə.f) mövlud tədbiri Azərbaycanın ən tanınmış Quran qarisi Hacı Ruslanın Quran ayələrinin yüksək avazla oxunması ilə başladı.

Sonra Əhli-Beyt məddahı Hacı Fərşad qəzəl, qəsidə və surudları ilə məclis iştirakçılarına xüsusi bayram əhval-ruhiyyəsi yaratdı.

Daha sonra İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullahul Uzma Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül-İslam Seyyid Əli Əkbər Ocaq Nejad tribunaya çıxdı.

Quran ayəsi və xüsusi təbriklə sözünü başlayan xətib, Quranda gəlmiş "Allaha və Peyğəmbərə itaət" ayələrinin açıqlamasını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

"Səqəleyn" hədisini oxuyan Seyyid Əli Əkbər Ocaq Nejad Əhli Sunnə mənbələrində gəlmiş hədislər barəsində danışaraq İmam Zamana (ə.f)-in bu hədislərdə işarə edildiyini önə çəkdi.

Çıxışının sonunda bütün müsəlmanları bir daha təbrik edən xətib, bu gecənin əməllərinə işarə etmiş və sonda dua ilə çıxışını bitirib.

Tədbirdə həmçinin İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyəli Səfiri Məhəmməd Baqir Bəhrami iştirak edib.
  • Yazılıb
  • da (də) 2009 Aug 07