Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Məhəmməd İmamı Kaşani islam quruluşunda respublika və islamçılıq arasında fərqin olmadığını bildirib
İİR Servisi/Aran Agentliyi
Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Məhəmməd İmamı Kaşani islam quruluşunda respublika və islamçılıq arasında fərqin olmadığını bildirib.
Ayətullah Kaşani islam inqilabının böyük rəhbəri həzrət Ayətullah əl-üzma Xamneinin Əhmədinejadın prezidentlik hökmünün təsdiqi mərasimində islam sistemində cümhuriyyət və islamçılığın ayrı olmadığı ilə bağlı nitqinə işarə edərək deyib: İmam Xomeyni (r.ə) həzrətlərinin banısı olduğu və xalqın ona səs verdiyi quruluş islam respublikasıdır. İmam (r.ə)-in və seçicilərin nəzərdə tutduqları respublika islamı bazaya malik olan bir quruluş olub.
Ayətullah İmamı Kaşani çıxışının digər hissəsində şiələrin sonuncu imamı son xilaskar Sahib əz-Zamanın səadətli viladətinin ildönümü münasibəti ilə möminləri təbrik edərək həzrət imam Mehdi (ə.c)-in qeybət dövrünün xüsusiyyətlərini və o həzrətin zühuru ilə bağlı məqamları açıqlayıb.
Ayətullah Kaşani deyib: rəvayətlərə görə , qeybət dövründə yaxşı - pisi ayırd etmək Vəli Fəqihin öhdəsinə düşür.
Tehranın bu həftəki cümə namazının xitabətcisi habelə şiələrin Sahib əz-Zamanın zühurunun intizarını çəkmələrinin fəlsəfəsini açıqlayaraq, müxtəlif dinlərin və ideologiyaların bu məsələ ilə bağlı fikirlərini şərh edib və deyib: müxtəlif dinlər o cümlədən xristian dini dünyada dəyişikliyin edilməsini gözləyir.