Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya” şirkətinin sahibi, PKK ilə əlaqələri olan iş adamı Emil Uçar fəxri ad alıb. Bu barədə Naxçıvandakı mənbəmiz xəbər verib
Azərbaycan Servisi/Aran Agentliyi
Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya” şirkətinin sahibi, PKK ilə əlaqələri olan iş adamı Emil Uçar fəxri ad alıb. Bu barədə Naxçıvandakı mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Emil Uçara əməkdar inşaatçı adı verilib. Xatırladaq ki, Emil Uçarın bir müddət əvvəl PKK ilə əlaqələrinə görə şübhəli şəxs kimi saxlanıldığı xəbəri yayılmışdı.
Onun sonradan Vasif Talıbovun səyləri nəticəsində azadlığa buraxıldiğı deyilirdi.
Son dövürlər kölgəyə çəkilən Emil Uçarla vaxtilə Türkiyə xüsusi xidmət orqanları da ciddi maraqlanıblar. Çünki onun sahibi olduğu “Gəmiqaya” şirkətinin istehsal etdiyi bəzi ərzaq məhsulları PKK-çıların mağaralarında tapılmışdı.(Yeni Musavat)