Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə,qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan Lent.az-a açıqlamasında bildirib ki, dünəndən etibarən redaksiyanın yerləşdiyi binanın su xətti kəsilib. Azər Ayxan deyib ki, bu gün səhər saatlarında yeni tikilmiş binanın qarşısına gələn, özünü Mənzil-kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi kimi təqdim edən şəxsin başçılıq etdiyi fəhlələr binanın kanalizasiya sistemini ekskavatorla dağıtmaq istəyiblər. Baş redaktorun müavini bildirdi ki, suyun kəsilməsi, indi də kanalizasiyanın dağıdılması cəhdi yeni tikililərdən olan bu binada yaşayan sakinlərin həyatını və redaksiyanın işini iflic duruma salmaq deməkdir.
Nizami rayon icra başçısının birinci müavini Ərrəhman Həsənov isə açıqlamasında bildirib ki, Rüstəm Rüstəmov küçəsi 2528-ci məhəllə ünvanındakı bina sənədləşməyib: “Dövlət komissiyası həmin binanı qəbul etməyib, amma binada yaşayışa, fəaliyyət göstərilməyə imkan yaradılıb”. Ə. Həsənov məsələnin qanuna uyğun olaraq həll ediləcəyini bildirib.