Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün saat 15.00-dan etibarən paytaxt Bakıda və ətraf ərazilərə elektrik enerjisinin verilişində məhdudiyyətlər qoyulacaq. Buna səbəb abunəçilərin istifadə etdikləri elektrik enerjisinin haqqını ödəməməsidir.
“Bakıelektrikşəbəkə” ASC-dən Lent.az-a bildiriblər ki, abonentlərə elektrik enerjisinə görə yaranmış borclarını avqustun 12-si saat 15:00-dək tam şəkildə ödəmələri barədə vaxt verilib. Həmin müddətədək borcunu ödəməyən abunəçilərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
Səhmdar Cəmiyyətdə bildirirlər ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.
Xatırladaq ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin “Bakıelektrikşəbəkə”nin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” rejimdə həyata keçirilir.