Türkiyə Hava Qüvvələrinin müdafiə və hücum təcrübəsini artırmaq üçün başladılan layihə çərçivəsində 165 ədəd F-16 qırıcı təyyarə müasirləşdiriləcək
Türkiyə Servisi/Aran Agentliyi
FaktXəbərin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə Hava Qüvvələrinin müdafiə və hücum təcrübəsini artırmaq üçün başladılan layihə çərçivəsində 165 ədəd F-16 qırıcı təyyarə müasirləşdiriləcək. Layihəyə görə, Türkiyə arsenalında olan F-16 tipli qırıcı təyyarələri müasir texnoloqiyaya malik sistemlər ilə təchiz ediləcək. Nəzərinizə çatdıraq ki, Türkiyə Müdafiə Nazirliyi, 4 ədəd də F-16 Simulyasya istehsal etmək istəyir. Bu sistem sayəsində pilotlar uçuş əsnasında məruz qalacaqları problemlər qarşısında daha əvvəldən tədbir görmək imkanını əldə edəcəklər. Qeyd edək ki, Türkiyədəki müasirləşdirmə layihəsi Hava Qüvvələrinin gücünü daha da artıracaq.