Qarabağ Azadlıq Təşkilatı bir bəyanat yayaraq Qarabağ haqda Madrid prinsipləri adlı prinsiplərin icrası ilə müxalifət edərək Bakı hökumətinin bu xüsusida şəffaf mövqe tutmasını istəyib
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatı bir bəyanat yayaraq Qarabağ haqda Madrid prinsipləri adlı prinsiplərin icrası ilə müxalifət edərək Bakı hökumətinin bu xüsusida şəffaf mövqe tutmasını istəyib .
Müxbirimizin verdiyi məlumata əsasən Qat bu bəyanatda Madrid prinsiplərinin icrası haqda Minsk qrupunun təkrar təkidlərini tənqid edərək bildiribdir ki, bu prinsiplərin icrası, o cümlədən Qarabağda referendumun keçirilməsi Az. R-nin işğal edilmiş məntəqələrinin əldən getməsinə səbəb olacaq . Qarabağ Azadlıq Təşkilatı Madrid prinsiplərinin Az.-nin mənafe və məsləhətləri ilə ziddiyyətdə olduğunu bildirərək Bakı dövlətindən istəyibdir ki , bu xüsusdakı öz mövqelərini müəyyənləşdirsin.
Qeyd etmək lazımdır ki , Madrid prinsiplərinə əsasən Qarabağ xaricində Az. R-nin işğal edilmiş 7 rayonundan 5-nin azadlığı qarşılığında Qarabağ və Az. R-nin başqa iki rayonu da ermənilərə veriləcəkdir . Yerli mənbələrin verdikləri məlumata əsasən Yaxın gələcəkdə Amerikanın Bakıdakı səfiri kimi fəaliyyətə başlaması qərara alınmış Minsk qrupunun amerikan həmsədri Metyu Brayza bu gün Madrid prinsipləri haqda müzakirə üçün Az. R-na daxil olacaqdır.