Tarix : 2009 Aug 13
Kod 13417

Iyul ayında BTC ilə 3 milyon 193 min 622 ton neft nəql olunub

Bu ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 3 milyon 193 min 622 ton Azərbaycan nefti nəql olunub
Azərbaycan Servisi/Aran Agentliyi
Bu ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 3 milyon 193 min 622 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında bu kəmərlə 20 milyon 935 min 762 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu ilin avqust ayının 1-ə qədər BTC-yə 91 milyon 251 min 427 ton neft vurulub.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 13